Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Roma, 12 noyabr, AZƏRTAC
İtaliya Dünya Ərzaq Proqramı (WFP) vasitəsilə Qəzza zolağına humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin məlumatında deyilir.
“İtaliya sülh planı və atəşkəsin yaratdığı fürsətlərdən istifadə edərək Qəzza xalqına ərzaq yardımını artırmaq, onun mümkün qədər tez və effektiv şəkildə çatmasını təmin etmək məqsədilə Dünya Ərzaq Proqramına dəstəyini davam etdirir. İtaliyanın “Qəzza üçün ərzaq” təşəbbüsü ilə başladılan tərəfdaşlıq çərçivəsində WFP-yə bağışladığı 15 yük maşınından ibarət yardım artıq Qəzza ilə zolaq arasında hərəkət edir. Nəqliyyat vasitələri, həmçinin Birləşmiş Millətlər Təşkilatının donor ianələri ilə aldığı yardımı Qəzzaya daşımaq və sonra paylamaq üçün istifadə olunur. Nazirlik Qəzza zolağına çoxlu sayda yeni yardım toplamaq və göndərmək üzərində işləyir”, - deyə məlumatda qeyd olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.