RU

Azyaşlıların istismarı: Müəssisələr niyə uşaqlardan istifadə edir?

Ajans.az xəbər verir ki, bəzi valideynlər, xüsusilə bloggerlər, övladları üzərindən müxtəlif platformalarda izləyici qazanır, reklam müqavilələri bağlayır və gəlir əldə edirlər. Əhali arasında keçirilən sorğuda çoxu bildirib ki, valideynlərin uşaqlara nəzarət etməsi vacibdir. Uşaqlara vaxtından əvvəl telefon almaq bu mövzuda problemlərin əsas səbəbidir. Uşaqlar sosial şəbəkələrdə gördüyü davranışları örnək olaraq götürür.  Mütəxəssislərin fikrincə bu  kimi hallar uşaqların normadan tez böyüməsinə və yaşlarına uyğun olmayan vərdişlər qazanmasına səbəb olur. Həmçinin valideynlərin də uşaqlarına qarşı göstərdiyi davranış nümunələri də onlara təsir edir. 
Sosial şəbəkələrdə övladlarını qazanc mənbəyi kimi istifadə edən valideynlərlə yanaşı, həm də eyni məqsədlə uşaqları istifadə edən müəssisələr də var.  Müəssisələr niyə uşaqları reklamlarda istifadə edir?  Marketinq, reklam sahəsində aparılan araşdırmalar göstərir ki, müəssisələr uşaqları reklamlarda istifadəyə meyilli olur, çünki uşaqlar təbii simpatiya yaradır, inandırıcılığı və emosional bağ qurma gücü yüksəkdir.  Bəzi brendlər üçün azyaşlı uşaqların iştirakı məhsulun satışına birbaşa təsir göstərir. Ərzaq, geyim və oyuncaq sektorları başda olmaqla, bir çox şirkət bu psixoloji təsirdən yararlanır. Dünya ölkələrində bunların qarşısını almaq üçün müxtəlif addımlar atılıb. Avstraliya 16 yaşından kiçik uşaqların sosial media hesablarını açmasını qadağan edərək, dünyada bu istiqamətdə ilk addımı atıb. Türkiyədə isə 13 yaşından kiçik uşaqların sosial mediadan istifadə etməyi planlaşdırır.  Millət vəkili Ceyhun Məmmədov Baku TV-yə verdiyi müsahibədə Azərbaycanda sosial media və süni intellektlı bağlı məsələlərə dair mütləq şəkildə qanunlar hazırlanmalıdır.  Ətraflı Baku TV-nin süjetində:
Избранный
32
Ajans.az

1Источники