Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez ABŞ-ın Karib dənizi regionunda artan hərbi fəaliyyətini əsas gətirərək ölkədə 200 min əsgərin səfərbər edildiyini bildirib.
Gundem.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
“Karib dənizi ərazisində sülh ABŞ Dövlət Departamentinin uydurduğu yalanla təhdid edilir. Bu yalan ABŞ-dakı ciddi daxili problemlərdən diqqəti yayındırmağa hesablanıb. Onlar Venesuelaya qarşı yalanlarını, uyğunsuzluqlarını və kinli hücumlarını davam etdirəcəklər. Bizim tərəfimizdən isə daha çox iş, birlik, vətənpərvərlik olacaqdır”, - deyə Lopez qeyd edib.
Ölkə miqyasında başladılan səfərbərlik iki gün davam edəcək. Bundan sonra vəziyyətə əsasən yeni qiymətləndirmə aparılacaq.