RU

Deputat: Radikal dini təriqətlərin üzvlərinin sayında artım müşahidə olunur

BAKI, 12 noyabr. TELEQRAF

Hazırda ölkədə təxminən 2250 məscid var. Təxminən 1000 nəfər ətrafında din xadimi dövlətdən maddi dəstək alır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.

O qeyd edib ki, həmin məscidlərin heç də hamısı tam fəaliyyət göstərmir: “Ancaq fəaliyyət göstərən məscidlərdə bir neçə din xadimi fəaliyyət göstərir. Hesab edirəm az da olsa dövlətdən maddi dəstək alan din xadimlərinin əhatə dairəsinin genişləndirilməsi din sahəsində proseslərə müsbət töhfə verə bilər”. Deputat işğaldan azad olunmuş ərazilərdə çox mühüm işlər görüldüyünü xatırladaraq əlavə edib ki, bir sıra bölgələrdəki dini-tarixi abidələrin də xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var: “Din tədbirlərə vəsaitin artırılması təqdirəlayiqdir. Düşünürəm eyni zamanda dini maarifləndirmə sahəsinə də vəsaitin artırılmasına ehtiyac var. Azərbaycanda dini sahədə ciddi proseslər gedir. Qeyri-ənənəvi radikal dini təriqətlərin üzvlərinin sayında artım müşahidə olunur. İnzibati tədbirlərlə yanaşı maarifləndirmə işi də çox önəmlidir. Deputat təmsil etdiyi bölgədə 5 kitabxanada problem olduğunu da söyləyib: “Kitabxananın işçisinin 65 yaşı tamam olub, təqaüdə göndərilib və yerinə işçi götürülməyib. Bu gün həmin 5 kitabxananın fəaliyyəti dayanıb. Hesab edirəm bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var. Mədəniyyət sahəsi çox önəmlidir. Dövlət büdcəsinə qənaət musiqi məktəblərinin və ya klub və kitabxanaların bağlanması hesabına olmamalıdır. Onsuz da bu müəssisələrin saxlanılması böyük vəsait tələb etmir. Sözügedən sahədə ciddi dəyişikliklər gələcəkdə bu sahənin inkişafına mənfi təsir göstərə bilər”.

Избранный
3
3
teleqraf.com

4Источники