RU

Təyyarə qəzası hər bir vətəndaşımız kimi məni də dərindən kədərləndirdi



Azərbaycandan Türkiyəyə yola düşən qardaş ölkəyə məxsus "C-130" tipli hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri hər bir vətəndaşımız kimi məni də dərindən kədərləndirdi.

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə səsləndirib. O qeyd edib ki, bu, sözlə ifadəsi mümkün olmayan ağır itkidir:

"Baş vermiş faciə ilə əlaqədar olaraq hərbi qulluqçulara Allahdan rəhmət diləyir, qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verirəm. Həlak olanların ailələrinə və yaxınlarına Allahdan səbr diləyirəm".

Qeyd edək ki, ötən gün Azərbaycandan Türkiyəyə doöru hərəkət edən "C-130" hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə təyyarədə olan qardaş ölkənin 20 hərbiçisi həlak olub.

Süleyman
Избранный
16
1
newscenter.az

2Источники