RU

Hərbi bazanın məqsədi Amerika hərb maşınının bölgədə dayaq nöqtəsini yaratmaqdır

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ İsrail-Qəzza sərhədi yaxınlığında hərbi baza tikməyi planlaşdırır. Məlumata görə, bazada bir neçə min nəfərdən ibarət olacaq və ABŞ hərbçiləri İsrail-HƏMAS arasında atəşkəs rejimini nəzarətdə saxlamaq missiyası daşıyacaqlar.

Bəs hərbi bazanı tikməyin məqsədi həqiqətən atəşkəs rejmini nəzarətdə saxlamqdır?

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, hərbi bazanın məqsədi Amerika hərb maşınının bölgədə dayaq nöqtəsini yaratmaqdır.

"Burada vəziyyətdən, Fələstin ərəblərinin gücsüzlüyündən, satqın ərəb rəhbərlərinin, dövlət başçılarının xəyanətindən və İsrailin marağından istifadə edib bölgədə uzunmüddətli bir dayaq məntəqəsi yaratmaq istəyirlər. Onları maraqlandırmır ki, Fələstin ərəblərinin təhlükəsizliyi təmin olunur, yoxsa qırılmaqda davam edəcəklər. Maraqlanmırlar ki, İsrail atəşkəsə riayət edəcək, yoxsa təzədən bombalayacaq, öldürəcək. Əsas odur ki, baza yaratsınlar və dayaq nöqtələrini əldə etsinlər".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
redaktor.az

2Источники