RU

İmamoğluya qarşı yeni ittiham: CHP-nin binası əlindən alına bilər

BAKI, 12 noyabr. TELEQRAF

İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şəhər təşkilatının binasının “cinayət yolu ilə əldə edilmiş gəlirlərlə” maliyyələşdirildiyi iddia edilərək binaya həbs (müsadirə) qoyulması tələb edilib.

Teleqraf xəbər verir ki, ittiham aktında İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu “cinayət təşkilatının lideri” kimi təsvir olunub, həmçinin sözügedən binanın sədri Özgür Özəl tərəfindən də iş otağı kimi istifadə edildiyi bildirilib.

İttiham aktında Sarıyerdə yerləşən binanın torpaq qeydiyyatına ətraflı yer verilib. Prokurorluq zəncirvari əməliyyatların təşkilatlanmış şəkildə həyata keçirildiyini və daşınmaz əmlakın cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaq məqsədilə partiyanın adına keçirildiyini iddia olunub.

Daşınmazın əldə olunması ilə bağlı prosesin “təşkilat lideri” kimi tanınan İmamoğlunun məlumat əsasında və onun rəhbərliyi ilə aparıldığı vurğulanıb.

İttiham aktında “İmamoğlunun kassası” kimi təqdim edilən Fatih Keleşin mənbəyi məlum olmayan pulları çamadanlarla binaya gətirdiyi qeyd edilib. Bundan əlavə, Mustafa Can Poyraz və Tuncay Yılmazın da yuyulma əməliyyatında faktiki iştirak etdiyi bildirilib.

Prokurorluq təşkilatın binasının Türkiyə Cinayət Məcəlləsinin 54-cü maddəsinə əsasən müsadirə edilərək xazinəyə verilməsini tələb edib.

Избранный
15
teleqraf.com

1Источники