Astarada yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.
Astara sakini 1992-ci il təvəllüdlü Cəsarət Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi, rayon sakini 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. "Niva"nın sürücüsü və maşında olan Astara sakini 1991-ci il təvəllüdlü Fail Qüdrətov xəsarətlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə olunublar.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.