RU

Nazir müavini Səyyad Arana CAVAB VERDİ

Bir neçə gün bundan əvvəl də millət vəkili Səyyad Aran tərəfindən də mədəniyyət müəssisələrinin vəziyyəti məsələsi qaldırılıb. Xüsusilə Səyyad Aran İmişlidə kitabxanaların təmiri ilə bağlı məsələni qaldırmışdı.
Bu gün Mədəniyyət Nazirliyinin tabeliyində 6 mindən çox müəssisə mövcuddur. Bunların 3 mindən çoxu kitabxanalardır.

Modern.az xəbər verir ki, bunu Mədəniyyət nazirinin müavini Fərid Cəfərov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

“Bu kitabxanaların, bu müəssisələrin hər biri 2023-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən şəxsən ziyarət olunub. Onların həm inzibati-texniki imkanları, həm də fəaliyyət imkanları dəyərləndirilib. Onların fəaliyyətinin aktuallığı və mövcud imkanları nəzərə alınaraq, müəssələrin təmiri və bərpası ilə bağlı nazirlik tərəfindən hər il prioritet siyahılar müəyyən olunur”.

Nazir müavini Səyyad Aranın qaldırdığı məsələni isə xüsusi ilə vurğulayıb:

“Konkret olaraq İmişli ilə bağlı Səyyad Aranın qaldırdığı məsələ ilə bağlı onu qeyd edim ki, bu məsələ artıq təmir siyahısına, bərpa siyahısına salınmışdır”.

Избранный
8
1
modern.az

2Источники