RU

Azərbaycan müdafiə nazirinin Bosniya və Herseqovinaya səfəri davam edir (FOTO)

Bakı.trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənovun Bosniya və Herseqovinaya rəsmi səfəri davamedir.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.HəsənovAvropa İttifaqının Bosniya və Hersoqovinadakı QüvvələriKomandanlığını və Türk kontingentini ziyarət edib.

Butmir hərbi bazasında keçirilən rəsmi qarşılanma mərasimindənsonra müdafiə naziri Avropa İttifaqının Bosniya və HersoqovinadakıQüvvələri komandanı general-mayor Florin-Marian Barbu iləgörüşüb.

Görüşdə Komandanlığın fəaliyyəti ilə bağlı Azərbaycan nümayəndəheyətinə ətraflı məlumat verilib, “Sülh Naminə Tərəfdaşlıq”proqramı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsindəAzərbaycanın müsbət əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb,həmçinin maraq doğuran bir sıra digər məsələlər müzakirəedilib.

Daha sonra Türk kontingentinin rəhbəri polkovnik Mustafa ÇetinÇelik ilə görüşən general-polkovnik Z.Həsənov AzərbaycandanTürkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsinin noyabrın 11-dəGürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində hərbiqulluqçuların şəhid olması ilə bağlı qardaş ölkənin nümayəndələrinəbaşsağlığı verib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
32
15
az.trend.az

10Источники