Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər naziri Gela Geladze məlumat yayıb.
Digər iki hərbçinin meyitlərinin axtarışı davam edir.