RU

Ölkə ərazisində dumanlı hava davam edir

Dogru.az saytından alınan məlumata görə, ain.az bildirir.

Noyabrın 12-si saat 08:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a bildirilib ki, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq yaranıb. Gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə soyuma dumanın əmələ gəlməsinə səbəb olub.

Bakıda və Abşeron yarımadasında, həmçinin Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə edilir. Görünüş məsafəsi 50–200 metrədək məhdudlaşıb.

Doğru.az xəbər verir ki, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
28
dogru.az

10Источники