Ermənistanın dövlət borcu 2018-ci ildən bu yana 80% artıb, lakin “ikiqat olmayıb”.
Musavat.com xəbər verir ki, bu açıqlamanı parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Vahe Ovannisyan səsləndirib.
Erməni nazir yerli müxalifətin tənqidinə cavab olaraq bildirib ki, əgər hökumət xərcləri 2018-ci ilin səviyyəsinə endirsəydi, dövlət borcunu cəmi il yarım ərzində ödəyə bilərdi:
“2018-ci ildən yığılan borcu ödəməyə qərar versək, dövlət xərclərini 58% azaltmalı olarıq”.
Ovannisyan əlavə edib ki, bu halda müdafiə xərcləri 65%, təhsil 60%, sosial sahə 54% azalardı.
Musavat.com