RU

VK nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq təşkilatlarla əməkdaşlığın perspektivlərini müzakirə edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə bu qurumun 20 illik yubileyinə həsr edilmiş “Hüquqşünasların (Vəkillərin) Müdafiəsi haqqında Konvensiya – Hüququn aliliyinin qorunması üçün səmərəli vasitə” mövzusunda keçirilən beynəlxalq konfransda və digər yubiley tədbirlərində iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.

Bu barədə AZƏRTAC-a VK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, konfransda Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Avropa Şurası, eləcə də dünyanın müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən GVK-nın sədri David Asitiani konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.

Konfransda Anar Bağırov “Vəkillik peşəsinin müstəqilliyinin və keyfiyyətli ədalət mühakiməsinin təmin edilməsində özünüidarə edən Vəkillər kollegiyalarının rolu” mövzusunda çıxış edərək, son illərdə Azərbaycanda vəkilliyin müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlardan, görülən mühüm işlərdən danışıb. O bildirib ki, bu islahatların nəticəsi olaraq vəkillərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur, həmçinin vətəndaşlara göstərilən hüquqi yardımın əlçatanlığının, dövlət hesabına həyata keçirilən hüquqi yardıma dair ayrılan büdcə və göstərilən dəstəyin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Sədr çıxışının davamında son illər ərzində VK ilə GVK arasında formalaşmış dostluq və qarşılıqlı faydalı əməkdaşlığın Azərbaycan vəkilləri tərəfindən yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın sonunda iştirakçılar üçün rəsmi ziyafət təşkil olunub. Ziyafət zamanı GVK-nın sədri David Asitiani tərəfindən VK-nın sədri Anar Bağırova “Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi” yubiley medalı təqdim edilib.

Öz növbəsində, Anar Bağırov da David Asatianiyə kollegiyanın “Fəxri vəkili” diplomunu və rəmzi vəkil mantiyasını təqdim edib. Eyni zamanda, GVK-nın bir sıra nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.

Səfər çərçivəsində VK-nın nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
7
azertag.az

10Источники