RU

Estetikləri ilə gündəmə gələn MƏŞHURLAR

Son illərdə dünya ulduzları estetik əməliyyatlar və bədən dəyişiklikləri barədə daha açıq danışmağa başlayıblar. Sosial medianın təsiri ilə gözəllik standartları dəyişdikcə, məşhurlar da bu sahədəki təcrübələrini gizlətmək əvəzinə paylaşmağı üstün tuturlar.

BAKU.WS xəbər verir ki, dünya ulduzu Kris Cenner illərdir estetik prosedurlar keçirdiyini açıq şəkildə etiraf edib. O bildirib ki, illərin təsiri ilə dəyişsə də, artıq "öz versiyası ilə yaşlanmağı" seçir. Onun qızı, kosmetika brendinin sahibi Kayli Cenner isə 2015-ci ildə dodaq dolğusu etdirdiyini və sonradan sinə implantlarını çıxartdırdığını açıqlayıb.

Amerikalı reper Kardi Bi də sinə böyütmə və liposaksiya əməliyyatları keçirdiyini gizlətməyib.

Aktrisa Ceymi Li Kertis 25 yaşında estetik əməliyyat etdirdiyini, bunun nəticəsində uzunmüddətli psixoloji asılılıq yaşadığını deyərək, bu gün bu mövzuda açıq danışan simalardan biridir. İngilis müğənni Lili Allen isə yaxın dövrdə sinə əməliyyatı etdirdiyini sosial mediada paylaşaraq, gələcəkdə daha fərqli estetik prosedurlara da açıq olduğunu bildirib.

Türkiyədə də estetik müdaxilələrlə gündəmə gələn bir çox məşhur var. Aktrisa Büşra Pekin yalnız burun estetikası etdirdiyini etiraf edib. Dəmet Özdemir çənə botoksu və digər əməliyyatlarla bağlı iddialarla tez-tez mətbuatda yer alır.

Hande Erçel haqqında üz forması, dodaq dolğusu və "badam göz" əməliyyatı kimi iddialar səslənib.

Aktrisa Məryəm Uzərli əvvəllər hər hansı müdaxilə etdirmədiyini desə də, daha sonra botoks və dolğudan istifadə etdiyini qəbul edib. Müğənni Safiye Soyman isə boyun və üz gərmə əməliyyatları ilə gündəmə gəlib.

Mütəxəssislər bildirirlər ki, estetik əməliyyatların bu qədər normallaşması sosial mediada "ideallaşdırılmış bədən" anlayışını daha da gücləndirə bilər. Onların fikrincə, bu prosedurlar tibbi zərurət olmadan aparıldıqda həm fiziki, həm də psixoloji risklər yaradır.

Избранный
4
1
far.az

2Источники