RU

Hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ VERSİYA: İki ehtimal SƏSLƏNDİ

Türkiyə Müdafiə Nazirliyinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində 20 türk hərbçisinin şəhid olması regionda böyük kədər doğurub.

Maraqlıdır, Türkiyə hərbi təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması Ankara-Bakı-Tbilisi münasibətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu hadisə faciəvi olsa da, Ankara-Bakı-Tbilisi münasibətlərinə mənfi təsir göstərəcək vəziyyət yoxdur:

Üzeyir Cəfərov

“Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması faciədir. 20 qəhrəman türk hərbçisi – aralarında polkovnik, leytenant, mayor, baş leytenant, baş gizir və çavuş olmaqla həyatlarını itiriblər. Hazırda hadisə araşdırılır, nəyə görə baş verdiyi müvafiq komissiya tərəfindən incələnəcək. Bütün versiyalar yoxlanılmalıdır.”

Ekspertin sözlərinə görə, hadisədə hər hansı dövlətin və ya siyasi amilin iştirakı ehtimalı yoxdur:

“Dövlətin öz siyasəti var. Ankara, Bakı və Tbilisi bütün sahələrdə – iqtisadi, siyasi, mədəni və hərbi əməkdaşlıqda bir-birinə sıx bağlıdır. Bu əməkdaşlıq günü-gündən genişlənir. Düşünmürəm ki, bu faciə münasibətlərə mənfi təsir etsin. Əksinə, bu ağır hadisə dost və qardaş ölkələri bir-birinə daha da yaxınlaşdıracaq.

Üzeyir Cəfərov bildirib ki, ilkin kadrlardan təyyarənin quyruq hissəsinin qopduğu görünür, bu da texniki nasazlıq və ya yüklərin yerləşdirilməsindəki səhlənkarlıq ehtimalını gündəmə gətirir:

“C-130″ dörd mühərrikli təyyarədir. Hündürlükdən yerə çırpılması nəticəsində quyruq hissəsinin ayrılması ehtimalı var. Ola bilsin ki, hansısa zərbənin gücündən belə qəza baş verib. İndi bizə gözləmək qalır. Qərar verildikdən sonra konkret fikir bildirmək mümkün olacaq.”

Aynurə İsmayıl
KONKRET.az

Избранный
49
1
konkret.az

2Источники