Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyə Silahlı Qüvvələrinə məxsus qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin istehsalçısı olan ABŞ-nin “Lockheed Martin” şirkəti məsələ ilə əlaqədar açıqlama verib.
Teleqraf xəbər verir ki, şirkət təyyarədə olan 20 Türkiyə hərbçisinin şəhid olmasından sonra başsağlığı verərək, istintaqa hər növ dəstəyi verməyə qərarlı olduqlarını bildirib.
“Məsələ ilə əlaqədar Türkiyəyə hər cür dəstəyi verməyə hazırıq”, - ABŞ şirkəti vurğulayıb.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.