RU

Zelenski dron-interseptorların fəaliyyətini göstərdi: “Ayın əvvəlindən 150-dən çox hədəf vuruldu"

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin müdafiə qüvvələrinin istifadəsində olan dron-interseptorların (dronları məhv edən dronların) real döyüş görüntülərini yayıb.

Olaylar.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, radioelektron mübarizə bölmələri, ordu aviasiyası və mobil atəş qrupları ilə birgə fəaliyyət nəticəsində interseptor dronların effektivliyi sürətlə artır:

"Ayın əvvəlindən bəri artıq 150-dən çox düşmən hədəfi məhv edilib, bu gecə də uğurlu zərbələr olub. Bu göstərici daha da artacaq,"- deyə o bildirib.

Prezident əlavə edib ki, Ukrayna dron-interseptor texnologiyasını inkişaf etdirməyə və ekipajları peşəkar şəkildə hazırlamağa davam edəcək. Müdafiə Nazirliyi artıq bütün istehsal güclərini bu dronların buraxılışına yönəldib.

"Biz tərəfdaşlarla daha sıx əməkdaşlıq üzərində işləyirik-birgə istehsal və maliyyələşdirmə bu proqramı daha tez miqyaslandıra biləcək," - Zelenski vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
1
olaylar.az

2Источники