RU

Prezident DÇ-2026-nın açılış oyununa getməyəcək: Görün biletini kimə verəcəcək

Meksika prezidenti futbol üzrə dünya çempionatının açılış oyununa qatılmayacaq.

Publika.az xəbər verir ki, Klaudiya Şeinbaum öz imtiyazlı yerini bir azarkeşə təqdim edəcək. Bu barədə "Reuters" məlumat yayıb.

FİFA prezidenti Canni İnfantinonun avqustda Meksikaya səfəri zamanı Şeinbaum bildirmişdi ki, həmin biletdən istifadə etməyəcək. İndi isə o, nömrəsi 00001 olan bileti bir azarkeşə vermək qərarına gəlib.

“Mən qərar verdim. Açılış mərasiminə olan biletimi futbolu sevən, lakin bu tədbirdə iştirak etmək imkanı olmayan bir qıza və ya gənc qadına verəcəyəm”, – deyə Şeinbaum bildirib.

Prezident xatırladıb ki, Meksika paytaxtı 1970 və 1986-cı illərdə də dünya çempionatının açılış oyunlarına ev sahibliyi edib. Beləliklə, “Asteka” stadionu tarixdə üç dəfə açılış oyununa ev sahibliyi edən yeganə arena olacaq.

Избранный
63
publika.az

1Источники