RU

Nazirlik rəsmisi: "Əhmədli yamacı klassik sürüşmə zonasıdır"

Əhmədli yamacı klassik sürüşmə zonasıdır. Ərazidə torpaq sürüşmələri əvvəllər də olub.

"Cebheinfo.az" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, 2016-cı ildə ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən beton sədd çəkilib:

"Yamac hamarlanıb. Sürüşmə intensivliyinin azaldılması üçün işlər görülüb. Buranın hamarlanmasına və yükün qismən götürülməsinə yenə ehtiyac var. Yamac relyefi çox sərtdir. Bitki və ağac əkilməsi zamanı borularla intensiv suvarma prosesləri gedib. Sürüşmə prosesinin əsas səbəblərindən biri suvarma nəticəsində süxurların yumşalmasıdır".

"Cebheinfo.az"

Избранный
14
2
cebheinfo.az

3Источники