RU

Türkiyədə telekanala silahlı basqın edən şəxs həbs olundu

Türkiyənin "BeIN Sports" telekanalının İstanbulun Ayazağa məhəlləsində yerləşən binasına silahlı hücum edən şəxs barəsində həbs qərarı çıxarılıb.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, Kamal S. "silahlı təhdid" və "iş yeri toxunulmazlığını pozmaq" ittihamları ilə təqsirli bilinib.

Hadisə zamanı cinayətkarın "silah"ının oyuncaq olduğu da müəyyən edilib.

Xatırladaq ki, telekanala silahlı basqın noyabrın 10-da baş verib.

Избранный
34
4
bakivaxti.az

5Источники