RU

“Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə görülən son işlər açıqlanıb

Bakı. Trend:

“Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrəməsləhətçi şirkətin seçilməsi yekunlaşmaq üzrədir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq EnergetikaNazirliyindən məlumat verilib.

Bildirilib ki, “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi”üzrə texniki-iqtisadi qiymətləndirmənin aparılması məqsədiləməsləhətçi şirkətin seçilməsi prosesi davam edir.

Vurğulanıb ki, yaxın müddətdə bitməsi planlaşdırılan prosesdənsonar seçilmiş şirkətlə müqavilə bağlanaraq texniki-iqtisadiəsaslandırmanın aparılmasına ilin sonunadək başlanılmasıplanlaşdırılır.

Qeyd edilib ki, layihənin texniki-iqtisadi əsaslandırılmasınınmaliyyələşdirilməsi məqsildə bu ilin aprel ayında imzalananmemorandum çərçivəsində Asiya İnkişaf Bankı və Asiya İnfrastrukturvə İnvestisiya Bankı tərəfindən ümumilikdə 2 milyon ABŞ dollarıməbləğində vəsait ayrılması barədə razılıq əldə edilib.

“Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında əldə olunmuşrazılaşma əsasında həyata keçirilən “Mərkəzi Asiya – AzərbaycanYaşıl Enerji Dəhlizi” layihəsi regionda enerji ixracı baxımındanstrateji əhəmiyyət daşıyan təşəbbüslərdən biridir. Bu layihənin“Xəzər–Qara dəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa” və“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” kimi “yaşıl enerji”dəhlizlərinə inteqrasiyası regionun bərpa olunan enerjipotensialının Türkiyə və Avropa bazarlarına yönəldilməsi,qitələrarası istehsal və istehlak mərkəzlərinin əlaqələndirilməsi,eləcə də enerjinin dəyişkənliyinin effektiv idarə olunmasında mühümrol oynayacaq”, - məlumatda əlavə olunub.

Избранный
44
1
az.trend.az

2Источники