RU

Türkiyə Prezidenti: Gürcüstanda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb, araşdırma başlayıb

Ötən gün Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb...

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb, həlak olan hərbçilərin xatirəsini anıb.

Türkiyə liderinin sözlərinə görə, hadisədən dərhal sonra müdafiə, daxili və xarici işlər nazirləri ilə əlaqə saxlayıb, sürətli şəkildə axtarış və xilasetmə işləri başladılıb.

Ərdoğan qeyd edib ki, təyyarənin qalıqlarının olduğu ərazi təhlükəsizlik məqsədilə qapadılıb, hadisə yerində 46 nəfərlik təhqiqat qrupu fəaliyyət göstərir,

"Təyyarənin qara qutusu tapılıb, ilkin araşdırma başladılıb, həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb. Son bir hərbçinin nəşi axtarılır", - Türkiyə Prezidenti vurğulayıb.

O, bu müddətdə Azərbaycan Prezidenti, daha sonra Gürcüstan Baş naziri ilə telefon danışığı apardığını bəyan edib.

 

Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb.

Poliqon.info

Избранный
20
50
poliqon.info

10Источники