RU

Ərdoğandan vətəndaşlara çağırış “Yalanlara qarşı ayıq olun”

ain.az, Bakupost saytına istinadən bildirir.

“Millətimiz bundan əmin olsun ki, Türkiyə Cümhuriyyəti Gürcüstan və Azərbaycanla bərabər bütün imkanları qəhrəmanlarımız üçün səfərbər edib. Ərazidəki işlərə anbaan nəzarət edirik”.Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.“Biz lazımi araşdırmaların ciddi şəkildə aparılmasını və hadisənin bütün aspektlərinin tam aydınlaşdırılmasını təmin edəcəyik”, – deyə Türkiyə lideri vurğulayıb.Ərdoğan hadisə ilə əlaqədar Türkiyə vətəndaşlarına da çağırış edib: “Mən xüsusilə xalqımızı yalanlara, manipulyasiyalara və dezinformasiyalara qarşı ayıq olmağa çağırıram. Onları xüsusən də sosial şəbəkələrdə çirkin siyasət naminə belə bir hadisədən sui-istifadə edəcək qədər alçalanlara inanmamağa çağırıram”.Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
4
www.bakupost.az

10Источники