RU

Türkiyə və Gürcüstan hadisə yerində araşdırmanı davam etdirir

BAKI, 12 noyabr. TELEQRAF

“Gürcüstanda qəzaya uğramış C-130 tipli hərbi yük təyyarədi üçün bölgəyə sürətlə göndərilən qəza və axtarış-xilasetmə komandamız hadisə yerində işlərini Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə davam etdirir”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəza ilə bağlı texniki araşdırma və qiymətləndirmə prosesi davam edir və əldə olunan inkişaflar ictimaiyyətlə paylaşılacaq”, - nazirlik bildirib.

Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycanın Gəncə şəhərindən Türkiyəyə uçurdu. Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Избранный
29
teleqraf.com

1Источники