RU

Peskov: Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatları heç vaxt əsassız olmur...

Kreml Ermənistanın Ukraynadan taxıl alma planları barədə SVR-in açıqlamasını müdafiə edib...

Poliqon xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Xarici Kəşfiyyat Xidmətinin (SVR) Ermənistanla bağlı açıqlamasını şərh edərək bildirib ki, bu qurumun məlumatları “heç vaxt əsassız və ya təsadüfi deyil”. O, SVR-in məlumatlarına etimad edildiyini və bu qurumun “yüksək səviyyədə peşəkarlıqla işlədiyini” vurğulayıb.

Xatırladaq ki, bu açıqlama Rusiya Xarici Kəşfiyyat Xidmətinin bu gün yaydığı bəyanatdan sonra verilib. SVR bəyan etmişdi ki, Ermənistan siyasi motivlərlə Rusiyadan iqtisadi asılılığı azaltmaq və Ukraynaya dolayısı dəstək vermək məqsədilə daha baha qiymətə Ukrayna taxılı almağı planlaşdırır.

Ermənistan baş naziri Nikol Paşinyan bu iddialara dərhal cavab verərək, onları “tamamilə anlaşılmazlıq və yanlış interpretasiya” adlandırıb. Onun sözlərinə görə, Ermənistanın taxıl idxalı məsələsi sırf iqtisadi amillərlə bağlıdır və “heç bir siyasi məqsəd daşımır”.

Məsələyə münasibət bildirən Peskov isə qeyd edib ki, Kremlin SVR-in bu məlumatlarını şübhə altına almaq üçün əsas görmür. “Rusiya kəşfiyyatının məlumatları heç vaxt təsadüfi deyil, onlar hər zaman faktlara əsaslanır”, – deyə Peskov vurğulayıb.

Ekspertlər qeyd edirlər ki, Moskva və İrəvan arasında son vaxtlar artan gərginlik bu kimi bəyanatlarla daha da dərinləşə bilər. Ermənistanın Avropa İttifaqı və Qərb institutları ilə əlaqələrini genişləndirməsi, Rusiya ilə strateji tərəfdaşlıq modelinə alternativ axtarış kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники