BAKI, 12 noyabr. TELEQRAF
Gəncə şəhərində ümumi sahəsi 120 m² olan kafenin mətbəxində 2 ədəd fri aparatı və havatəmizləyici qurğu qismən yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Xaçmaz rayonunun Şıxhaput kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxtinin tavanı və taxta atmaları 20 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb