RU

“Bakı, Ankara və İslamabad türk dünyasının dirçəlişi planını icra edir”

Tribuna saytından alınan məlumata görə, ain.az bildirir.

“Türkiyə, Azərbaycan və Pakistan arasında keçirilən üçtərəfli görüşün əsas mövzularından biri Türkiyə və Azərbaycanın son aylarda yekunlaşdırmağa çalışdığı Zəngəzur Dəhlizi də daxil olmaqla, Qafqaz bölgəsində tranzit bağlantısı layihələrinin nəzərdən keçirilməsi idi”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın “İsca News” saytında dərc edilmiş “Türkiyə və Azərbaycanın “Türk dünyası”nı dirçəltmək xəyalları davam edir” başlıqlı məqalədəndir.

Sayt iddia edib ki, Zəngəzur dəhlizi regionun geosiyasi strukturunu dəyişdirə və Türkiyənin Qafqazda və Orta Asiyada təsirinin artmasına səbəb ola biləcək mübahisəli və siyasi layihədir. “Son illərdə Rəcəb Tayyib Ərdoğanın öndərliyi ilə Türkiyə və Azərbaycan hökumətləri “türk dünyasını dirçəltmək” adı altında yeni ambisiyalara əl atıblar. Türkdilli ölkələrin dil, mədəni və tarixi əlaqələrini önə çəkən bu layihə praktikada Ankara və Bakının geosiyasi təsirini genişləndirmək üçün bir vasitəyə çevrilib”.

Nəşr sonda qeyd edib ki, Zəfər Paradı zamanı üç ölkə liderinin görüşü Ərdoğanın türk dünyasının dirçəlişi ilə bağlı ritorikasını davam etdirməsi üçün bir platformaya çevrilib.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
tribunainfo.az

2Источники