Görüşün yekununda iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb, nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Rəsmi səfər proqramına uyğun olaraq general-polkovnik Z.Həsənov hərbi sənaye zavoduna və digər hərbi təyinatlı obyektə baş çəkib, orada yaradılan şərait və istehsalat avadanlıqları ilə tanış olub.









