RU

“Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə görülən son işlər açıqlanıb

"Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə məsləhətçi şirkətin seçilməsi yekunlaşmaq üzrədir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi" üzrə texniki-iqtisadi qiymətləndirmənin aparılması məqsədilə məsləhətçi şirkətin seçilməsi prosesi davam edir.

Vurğulanıb ki, yaxın müddətdə bitməsi planlaşdırılan prosesdən sonar seçilmiş şirkətlə müqavilə bağlanaraq texniki-iqtisadi əsaslandırmanın aparılmasına ilin sonunadək başlanılması planlaşdırılır.

Qeyd edilib ki, layihənin texniki-iqtisadi əsaslandırılmasının maliyyələşdirilməsi məqsildə bu ilin aprel ayında imzalanan memorandum çərçivəsində Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı tərəfindən ümumilikdə 2 milyon ABŞ dolları məbləğində vəsait ayrılması barədə razılıq əldə edilib.

"Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında əldə olunmuş razılaşma əsasında həyata keçirilən "Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsi regionda enerji ixracı baxımından strateji əhəmiyyət daşıyan təşəbbüslərdən biridir. Bu layihənin "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa" və "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" kimi "yaşıl enerji" dəhlizlərinə inteqrasiyası regionun bərpa olunan enerji potensialının Türkiyə və Avropa bazarlarına yönəldilməsi, qitələrarası istehsal və istehlak mərkəzlərinin əlaqələndirilməsi, eləcə də enerjinin dəyişkənliyinin effektiv idarə olunmasında mühüm rol oynayacaq", - məlumatda əlavə olunub.

Избранный
13
1
day.az

2Источники