RU

Tramp İsrail Prezidentindən Netanyahunun əfv olunmasını istəyir


İsrail Prezidenti İsaak Hersoq ABŞ Prezidenti Donald Trampdan İsrailin Baş naziri Benyamin Netanyahunu əfv etməyə çağıran məktub alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, Tramp Hersoqa yazdığı məktubda Netanyahuya qarşı cinayət işlərini “siyasi motivli” və “əsassız” adlandırıb və baş nazirə qarşı siyasi təqiblərə son qoymağa çağırıb.
“İsrail məhkəmə sisteminin müstəqilliyinə və onun tələblərinə tam hörmətlə yanaşsam da, uzun müddət mənimlə birgə mübarizə aparan Netanyahuya qarşı bu iddianın siyasi motivli, əsassız təqib olduğunu düşünürəm”, - deyə Tramp məktubunda yazıb.
“Kan”ın məlumatına görə, İsrail Prezidenti buna cavab olaraq bildirib ki, əfv istəyən hər kəs mövcud qaydalara uyğun olaraq müraciət etməlidir.
Qeyd edək ki, 21 noyabr 2019-cu ildə İsrailin baş prokuroru Netanyahuya rüşvətxorluq, dələduzluq və etimadın pozulması kimi üç maddə üzrə ittiham elan edilməsi qərarını elan edib.
Xatırladaq ki, Tramp dəfələrlə İsrail prezidentinə müraciət edərək, İsrailin Baş nazirini əfv etməyi təklif edib.
Избранный
41
yeniavaz.com

1Источники