RU

Tramp İsrail Prezidentinə məktub yazıb: Netanyahunu bağışla

İsrail mediası, ABŞ Prezidenti Donald Trampın İsrail Prezidenti İsaak Herzoqa göndərdiyi məktubu yayımlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Tramp məktubunda İsrail məhkəmə sisteminin müstəqilliyinə hörmət etdiyini bildirərkən, Netanyahuya qarşı irəli sürülən ittihamların “siyasi və ədalətsiz” olduğunu iddia edib.

Məktubunda Tramp, Herzoqdan Netanyahuya əfv verməsini istəyib.

Prezidentlik Mətbuat Ofisinin yazılı açıqlamasında Trampın Netanyahuya əfv verilməsi üçün Herzoqa məktub göndərdiyi təsdiqlənib.

Açıqlamada Herzoqun Trampa böyük hörmət bəslədiyi qeyd olunub və bir şəxsin əfv olunması üçün Prezidentliyə rəsmi müraciət etməsinin vacibliyi vurğulanıb.

Tramp ötən ay İsrail parlamentində çıxış edərkən Herzoqa müraciət edərək Netanyahuya əfv verməsini istəmişdi. Herzoq isə Trampın bu çağırışına cavab verməməyi üstün tutmuşdu.

İsrail tarixində vəzifədə olarkən məhkəməyə verilən ilk Baş nazir kimi tanınan Netanyahuya qarşı korrupsiya işləri uzun illərdir davam edir.

O dövrdə İsrail Baş Prokuroru olan Aviçai Mandelblit 21 noyabr 2019-cu ildə Netanyahuya qarşı üç ayrı korrupsiya işi üzrə “rüşvət alma, etimada xəyanət və şəxsi məqsədlər üçün vəzifədən sui-istifadə” ittihamları ilə məhkəmə işi açılmasını tələb etmişdi.

Vəzifədə olarkən məhkəməyə verilən “ilk İsrail Baş naziri” kimi tarixə düşən Netanyahuya qarşı ilk məhkəmə prosesi 24 may 2020-ci ildə Qüds Regional Məhkəməsində keçirilmişdi.

Netanyahu ifadə vermək üçün ilk dəfə 10 dekabr 2024-cü ildə Təl-Əviv Regional Məhkəməsində hakim qarşısına çıxmışdı.

Baş nazir Netanyahu “1000”, “2000” və “4000” adlı üç ayrı korrupsiya işi çərçivəsində “rüşvət alma, dələduzluq və vəzifədən sui-istifadə” ittihamları ilə mühakimə olunur.

Избранный
46
cebheinfo.az

1Источники