ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakının Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Mahir Məmmədov işə düzəltmək adı ilə Zahirə qarşı dələduzluq edib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanış olduğu Zahirin oğlunu Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmasına köməklik göstərilməsi barədə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edib. Məmmədov həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin sentyabr ayında “Yeganə” şadlıq evinin yaxınlığında zərərçəkmişdən 10 min manat alıb. Hadisəni törədən Mahir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mahir Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi 2022-ci ilin axırlarında qonşusu Cəmşidin vasitəsi ilə tanıyıb: “Cəmşid zərərçəkmiş şəxsi mənə öz tanışı kimi təqdim etdi. Onun oğlunu işə üzəltmək lazın olduğunu söylədi. Mən də Zahirlə onun oğlunu
Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyim vəd ilə 2022-ci ilin sentyabr ayında 10 min manat aldım. Lakin həmin pulu şəxsi ehtiyaclarıma xərclədim. Həmin puldan Cəmşid İmamverdiyevə olan 300 manat borcumu ödəmişəm. Geri qalan məbləğin hamısını isə özümə götürmüşəm”. Bu işə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahir Əsədov 2 il, 1 ay, 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan ünvanı gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi qadağan olunub. Ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. Həmçinin bu müddət ərzində Bakı şəhəri hüdudlarını tərk etməsi qadağan edilib. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması tapşırılıb. Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.