Bakıda 6 milyon manata villa satışa çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, mülk paytaxtın Səbail rayonu Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yerləşir.
17 sot torpaq sahəsində inşa edilən bu villa ümumilikdə 730 kvadratmetr sahəyə malikdir. Mülk 7 otaqdan ibarətdir və yüksək zövqlə hazırlanmış interyer dizaynı ilə fərqlənir. Məlumata görə, mülkün hər bir detalı xüsusi kataloq əsasında peşəkar dizaynerlər tərəfindən hazırlanıb.
Villanın təmirində yalnız xarici istehsalçıların, analoqu olmayan yüksək keyfiyyətli inşaat materialları və aksesuarlarından istifadə edilib. Bu səbəbdən ev həm estetik baxımdan, həm də davamlılıq və komfort baxımından seçilir. Həyətyanı sahə geniş və səliqəlidir, müasir standartlara uyğun abadlaşdırılıb.
Bu dəbdəbəli villanın satış qiyməti isə nə az, nə çox 5 milyon 950 min manat təşkil edir. Sözügedən mülk hazırda Bakının ən bahalı elanları arasında yer alır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız