RU

Fransa radio kanalı “Baku Jazz Festival 2025” barədə xüsusi buraxılış hazırlayıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 noyabr, Anara Axundova, AZƏRTAC

Fransanın məşhur TSFJAZZ radio kanalının müxbirləri bu yaxınlarda Bakıda “ХХ Baku Jazz Festival”da iştirak ediblər. Səfərin nəticəsi olaraq onlar festivala və Azərbaycana həsr olunmuş xüsusi buraxılış hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, fransız jurnalistlər hər gün qısa reportajlar yayımlayaraq heç bir festival tədbirini qaçırmayıblar. Səfərdən sonra onlar ölkəmizlə bərabər, festival və onun təsisçisi, tanınmış Azərbaycan caz musiqiçisi Rain Sultanov haqqında ətraflı məlumatı özündə əks etdirən material yayıblar.

“Ötən həftə Azərbaycanda “Baku Jazz Festival”ın 20-ci ildönümü qeyd edilib. Bunun nə olduğunu öyrənməkdə səbirsiz olduğumuz üçün çantalarımızı yığıb, mikrofonlarımızı götürdük, çoxlu sayda insanla tanış olduq, müxtəlif musiqi dinlədik və bu ölkədə cazın inanılmaz tarixini özümüz üçün kəşf etdik. Sərgüzəştlərimiz barədə reportajımızı çərşənbə axşamı TSFJAZZ-də izləyin!”, - deyə radio kanalının saytında deyilir.

AZƏRTAC-ın müxbiri festival çərçivəsində fransız həmkarları ilə söhbət edib. TSFJAZZ nümayəndələri ilk dəfə Azərbaycana səfər etmələrinə baxmayaraq, Bakıda özlərini çox rahat hiss etdiklərini deyiblər. Onlar səfərin çox maraqlı olduğunu, festivalın isə unudulmaz təəssürat yaratdığını qeyd ediblər.

“Baku Jazz Festival-2025” oktyabrın 24-dən 31-dək paytaxtda keçirilib və həm yerli, həm də beynəlxalq medianın diqqətini cəlb edib. Səkkiz gün ərzində dünyanın hər yerindən ən yaxşı caz musiqiçiləri Bakıda çıxış ediblər. Festival məkanlarında konsertlər, sərgilər, film nümayişləri, ustad dərsləri, seminarlar və tanınmış musiqi ekspertləri ilə görüşlər keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
2
azertag.az

3Источники