RU

Bu rayonların icra başçısı vəzifəsi boşdur

Hazırda Azərbaycanda icra başçısı olmayan rayonların sayı 3-dür. Bunlar Gədəbəy, Naftalan və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.

Publika.az "Unikal"a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.

O.Mürsəlov 11 avqust 2022-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Dövlət başçısının digər sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göygöl rayonunda icra başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabr ayından Naftalanın icra başçısı idi.

Избранный
15
10
publika.az

10Источники