RU

Şəmkirdə yancaqdoldurma məntəqəsində yanğın olub - FOTO - YENİLƏNİB - VİDEO

Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib.


Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tutumu 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərək digər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızan yanacaq yanıb.


Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğından mühafizə olunub.

***

17:20

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisindən fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən qüvvələri cəlb olunub.

Yanğının qarşısı alınıb. Yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə
Избранный
18
20
apa.az

10Источники