Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elxan Oqtay oğlu İbrahimov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
E.İbrahimov ona göstərilən etimada görə minnətdarlıq edib.