RU

Qahirədə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib (FOTO)

Misir-Azərbaycan Dostluq Cəmiyyətində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, tədbirin açılışında Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri Seymur Nəsirov Zəfər Gününün xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını, hamımız üçün qürurverici gün olduğunu bildirib. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin gələcək nəsillər üçün fəxr mənbəyi olduğunu söyləyib. Həmçinin Dostluq Cəmiyyətinin fəaliyyəti, eləcə də iki ölkə arasında tarixi, mədəni, elmi əlaqələr barədə məlumat verib.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxışında 2020-ci ilin 8 noyabrını xalqımız üçün müqəddəs günlərdən adlandırıb. Azərbaycan Ordusu Şuşa şəhəri üzərində bayrağımızı yenidən ucaltdığını, 2023-cü ilin sentyabrında Azərbaycanın münaqişəni tarixin arxivinə göndərərək dövlət suverenliyini tam bərpa etdiyini diqqətə çatdırıb. Vətən müharibəsi dövründə ölkəmizin üzləşdiyi çətinliklərdən də danışan diplomat Azərbaycana olan bütün təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin möhkəm inamı və iradəsi sayəsində xalqımızın qələbə çaldığı qeyd edib.

AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev iki əsrdir torpaqlarını itirən Azərbaycanın beş il bundan əvvəl işğal atındakı torpaqlarını azad etməsinin mühüm tarixi nailiyyət olduğunu vurğulayıb.

Sonda cəmiyyətin tələbələri Azərbaycan haqqında şeirlər səsləndirib, iştirakçılara milli mətbəximizin ənənəvi təamları təqdim edilib.

Qahirədə
Qahirədə
Qahirədə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
3
olaylar.az

4Источники