RU

Litva hökuməti Belarusla sərhəd bağlanandan sonra kontrabanda cəzalarını sərtləşdirib - ÖZƏL

Litva hökuməti Belarusla sərhədin bağlanması fonunda kontrabanda cinayətlərinə tətbiq olunan cəzaları sərtləşdirib.

Olaylar xəbər verir ki, Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun dəyişiklikləri hökumət tərəfindən təsdiqlənib.

Yeni dəyişikliklərə əsasən, kontrabandanın nəqliyyat vasitələrinin insanların və şirkətlərin təhlükəsizliyinə zərər vurması və ya hava hərəkətinə mane olması halında daha ağır cəzalar tətbiq olunacaq.

Daxili İşlər Nazirliyinin rəhbəri Vladislav Kondratoviç bildirib ki, bu dəyişikliklər milli təhlükəsizliyə iddia olunan təhdidlərə cavab olaraq hazırlanıb.

Qeyd edək ki, bundan əvvəl Litva Xarici İşlər Nazirliyi Belarusla sərhədin açılmasının mümkün olmadığını açıqlamışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
olaylar.az

1Источники