RU

Budapeştdə Zəfər Gününün 5-ci ildönümü qeyd edilib (FOTO)

Macarıstanın paytaxtı Budapeştdə 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyaraq dövlətimizin ərazi bütövlüyünü, beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdiyini bildirib. 9 Noyabrın hər il Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edildiyini də xatırladan səfir bu gün üçrəngli bayrağımızın ölkəmizin hər bölgəsində qürurla dalğalandığını vurğulayıb.

Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb, qazanılan qələbənin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin, xalqımızın qəhrəmanlığının və birliyinin rəmzi olduğunu qeyd edib. Bu parlaq qələbədən sonra Azərbaycan xalqının Dövlət Bayrağı Gününü daha böyük qürur və sevinclə qeyd etdiyini dilə gətirib.

Tədbirdə Zəfər Gününə həsr olunan videoçarxların nümayişi maraqla izlənib.

Mərasim "Harmoniyada Zəfər" adlı konsert proqramı ilə davam edib. Gənc pianoçular Ayan Məmmədli və Sona Ağarzayeva xalq mahnılarımızı, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
3
olaylar.az

4Источники