RU

Dünya Bankı ilə kənd təsərrüfatı və suvarma sahəsində yeni layihə müzakirə olunub (FOTO)

Bakı. Trend:

Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə nazirininbirinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Dünya BankınınKənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşüb.

Trend xəbər verir ki, görüşdəAzərbaycan Hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı vəsuvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcəkistiqamətləri, o cümlədən “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı vəSuvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlanması, təsdiqi vəicra mexanizmləri müzakirə olunub. Qeyd olunub ki, bu təşəbbüsprioritet suvarma sxemləri və fəaliyyətlərinə xüsusi diqqətyetirməklə Azərbaycanın kənd təsərrüfatı sektorununməhsuldarlığını, dayanıqlığını və rəqabət qabiliyyətini artırmaqməqsədi daşıyır.

A.Kərimov bildirib ki, aqrar sahənin modernləşdirilməsi, suvarmainfrastrukturunun səmərəliliyinin artırılması, iqlimdəyişikliklərinə uyğun kənd təsərrüfatı texnologiyalarının tətbiqivə qida təhlükəsizliyinin gücləndirilməsi hökumətin əsasprioritetlərindəndir.

Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın son illərdəkənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsindəəldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, CRAIS layihəsininkənd təsərrüfatı sektorunun dayanıqlılığının artırılmasına, kəndyerlərində iqtisadi fəallığın və məşğulluğun dəstəklənməsinə xidmətedəcəyini ifadə edib.

Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrəmütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərininsürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Dünya
Dünya
Избранный
35
7
az.trend.az

8Источники