Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Aznews.az xəbər verir ki, idmançı 68 kq çəki dərəcəsində qızıl medal qazanıb.
İrina Zaretska finalda Eda Eltemuru (Türkiyə) 5:3 hesabı ilə məğlub edib.