RU

Paşinyan Zəngəzur dəhlizi barədə detalları açıqladı: Tarix, qaz kəməri, elektrik xətləri...

"Tramp Yolu"nun (Zəngəzur dəhlizi) tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bunu parlamentdə hökumət saatı zamanı elan edib.

Onun sözlərinə görə, bütün detallar bu ilin sonuna qədər müzakirə olunmalı, bütün plan ilin birinci yarısında kağız üzərində təqdim olunmalıdır. Tikinti işlərinə ikinci yarısında başlamaq planlaşdırılır.

"Amma mən hələlik bu barədə danışmaq istəmirdim, çünki bu cür planlar həmişə cədvəldən kənara çıxır", - deyə Paşinyan bildirib.

O, digər məsələlərlə yanaşı, Tramp komandasının iş yükünü də qeyd edib.

"Biz son tarixlərdə işin başlamasını təmin etmək üçün hər şeyi edəcəyik", - deyə Paşinyan əmin edib.

Baş nazirin sözlərinə görə, dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı:

“Qaz kəməri və elektrik xətləri də xeyli şimalda yerləşəcək. Qaz kəmərinin və elektrik xətlərinin Zəngəzurda qalıb-qalmayacağı hazırda məlum deyil. Xəritədə hər şey hamar görünür, amma relyef tələbləri diqtə edir", - deyə Paşinyan vurğulayıb. 

“Şərq-Qərb yolları Şimal-Cənub layihəsinə inteqrasiya olunacaq. Seçimlər hələ də müzakirə olunur”,-deyə o bildirib.

Boru kəmərinin marşrutu hələ də qeyri-müəyyəndir, onun taleyi əsasən neft qiymətlərindən asılı olacaq.

Baş nazir, həmçinin   yolun Azərbaycan üçün əlverişli şərtlərlə işləyəcəyi barədə məlumatlardan da danışıb. 

"Lakin biz şərtlərin qəbuledilməz olduğunu demirik. Biz məqbul şərtlərlə sənəd imzaladıq. Bunlar Ermənistan və Azərbaycan liderləri tərəfindən Vaşinqton sənədində imzalananlardır", - deyə Paşinyan bildirib.

Избранный
11
7
cebheinfo.az

8Источники