ABŞ İranın raket potensialını dəstəkləyən şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, Xarici aktivlərə nəzarət idarəsi (OFAC) İran, BƏƏ, Çin, Honq Konq, Hindistan, Almaniya və Ukraynadan olan, İranda ballistik raketlər və pilotsuz uçuş aparatlarının istehsalı üçün komponentlərin alınmasında iştirak edən 32 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq olunduğunu elan edib.
“İran maliyyə sistemlərindən vəsaitlərin yuyulması, həmçinin nüvə və adi silahlar üçün komponentlərin alınması məqsədilə istifadə edir.
Trampın göstərişi ilə biz İrana maksimum təzyiq göstəririk və beynəlxalq ictimaiyyətdən BMT sanksiyalarını tam şəkildə yerinə yetirməyi gözləyirik ki, bu ölkə qlobal maliyyə sisteminə çıxış imkanından məhrum edilsin,” – deyə ABŞ maliyyə nazirinin müavini Con K. Herli bildirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта