RU

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ: Xroniki xəstəliyə səbəb ola bilər

Uzun müddət paraçetamol, ibuprofen və ya kodein tərkibli dərmanlar kimi ağrıkəsicilərin qəbulu yalnız ağrını yüngülləşdirmir, əksinə onun yaranmasına səbəb ola bilər.

Paralel.az xəbər verir ki , bu barədə “Science Alert” m’lumat yayıb.

Tədqiqatlara görə, əhalinin təxminən 20%-i, əsasən qadınlar, dərmanla əlaqəli baş ağrısı ilə qarşılaşır.
 

Problem dozanın düzgün saxlanmasına baxmayaraq, ortaya çıxır. Əgər dərmanlar ayda 15 gündən çox qəbul olunursa, xüsusilə opiat tərkibli vasitələrdə bu limit ayda 10 günü aşırsa, xroniki baş ağrıları müşahidə oluna bilir.


Mütəxəssislər baş ağrısı ayda iki həftədən çox təkrarlanarsa, müalicənin düzgün tənzimlənməsi üçün həkimə müraciət etməyi tövsiyə edirlər.

Adətən ağrıkəsicilərin qəbulunu dayandırdıqdan sonra simptomlar zəifləyir və ya tamamilə yox olur. Bəzi hallarda müalicəyə dərmanların dəyişdirilməsi, psixoterapiya, həyat tərzində dəyişikliklər, fiziki məşqlər və qidalanmada düzəlişlər daxil edilə bilər.

Избранный
10
2
paralel.az

3Источники