RU

“Sabah” ardıcıl 4 cü oyunda uduzdu ah, Kurtinaytis, Kurtinaytis...

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kişi basketbolçulardan ibarət “Sabah” komandası bu gün Çempionlar Liqasının qrupunda 4-cü oyununu keçirdi. “Bayquşlar” bütün əvvəlki oyunlarda olduğu kimi, yenə də uduzdular. Özü də acınacaqlı şəkildə! Təsəvvür edin ki, Rimas Kurtinaytisin çalışdırdığı komanda “Elan Şalon”la oyunun sonuncu – 4-cü çeyrəyinə 77:69 öndə başlamışdı. Amma “doğma divarlar” arasında 87:89 uduzmağı bacardılar. Gördüyünüz kimi, son çeyrəkdəki 10:20 “bayquşlar”ın məğlubiyyətini şərtləndi. Görəsən, Kurtinaytis bu dəfə günahı kimin üzərinə yıxacaq?Sabah – Elan Şalon (Fransa) 87:89 (20:21, 31:17, 26:31, 10:20)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
icma.az

2Источники