RU

AVRO-2028-in təqvimi açıqlandı, loqosu təqdim olundu

UEFA rəsmi saytında 2028-ci ildə İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdə keçiriləcək Avropa çempionatının təqvimini dərc edib.

Publika.az xəbər verir ki, matçlar dörd ev sahibi ölkənin səkkiz şəhərindəki doqquz stadionda keçiriləcək. Görüşlər Uels Milli Stadionu, "Dublin Arena", "Hampden Park", "Sent Ceyms Park", "Siti of Mançester", "Everton" stadionu, "Villa Park", "Tottenhem" stadionu və "Uembli" arenasında baş tutacaq.

Ümumilikdə 51 qarşılaşma keçiriləcək. Stadionlarda azarkeşlərə müxtəlif komandaların oynamasını görmək imkanı vermək üçün ən azı iki fərqli qrupdan matçlar keçiriləcək.

Turnirin açılış matçı 2028-ci ilin iyunun 9-da Kardiffdəki Uelsin Milli Stadionunda olacaq. Yarımfinal və final qarşılaşmaları Londondakı "Uembli" arenasında baş tutacaq.

Eyni zamanda, Londondakı Pikadilli meydanında Britaniya və İrlandiyada keçiriləcək Avro-2028 turnirinin loqosu və brendi təqdim olunub.

Избранный
70
publika.az

1Источники