Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov ötən gün Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Nəsimi rayonunun icra başçısı vəzifəsinə təyin edilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, E.İbrahimov Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə gətirilmişdi. Həmin təyinatadək o, Şamaxının icra başçısının müavini işləyirdi.
