RU

“AMADA idmançıların təmiz və sağlam böyüməsinə mühüm töhfə verir”

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə qurumun fəaliyyət istiqamətlərindən və əsas hədəflərindən danışıb.

90deqiqe.Az xəbər verir ki, o, bu fikirləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılış mərasimində səsləndirib.

Təhminə Tağı-zadənin sözlərinə görə, AMADA-nın başlıca məqsədi təmiz və sağlam idman mühitinin formalaşdırılması, gənc idmançıların düzgün prinsiplərlə yetişdirilməsidir:

“Bu istiqamətdə Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə sıx əməkdaşlıq edirik və dostluq münasibətlərinə görə təşəkkürümü bildirirəm. AMADA milli antidopinq təşkilatları ilə əməkdaşlığa böyük önəm verir. Federasiyalar və beynəlxalq qurumlarla əlaqələrin gücləndirilməsi əsas hədəflərimizdəndir. İllər keçdikcə daha çox işlər görürük və əsas məqsədimiz bu işi sistemli şəkildə davam etdirməkdir”.

O vurğulayıb ki, AMADA-nın fəaliyyəti idmanda dürüstlük, ədalət və şəffaflıq prinsiplərinin qorunmasına xidmət edir.

Избранный
49
90deqiqe.az

1Источники